Azərbaycan Respublikası Təhsil Nazirliyi , “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi , “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi , “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Anacan.az” ailə portalının təşkilatçılığı ilə “Məktəbdən başlayan həyat” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində Binəqədi rayonu, 3 saylı məktəbdə “Loqos” un psixoloqu Roza Kazımlı tərəfindən “Şagirdin şəxsiyyət kimi formalaşması və bu dövürlərdə şagird, müəllim, valideyn münasibətlərinin tənzimlənməsi” , “Şagirdlərdə özgüvən və motivasiyanın yaradılması”, “Uşaqların təhsilə adaptasiyası” mövzularında təlimlər keçirilib.
Təlim zamanı şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktik oyunlar icra edilib.
Rəy əlavə et