Analar və uşaqlıq travmaları.

Bəzən uşaqlıqda yaşanan travmalar insanın bütün həyatına təsir göstərə bilir.
Travmalar uşaqların ən güvəndiyi və yaxın münasibətdə olduğu valideynlərlə qurulun bağlarda özünü əks etdirir.

1️⃣Soyuq və itici ana modeli. O övladına lazımlı diqqəti və sevgini vermədiyinə görə uşaq özünü tərk edilmiş və dəyərsiz hiss edir. Gələcəkdə bu tip uşaqlar ya sevgidən qaçır, yaxud acizcə sevgi axtarışında olurlar.

2️⃣Aqressiv ana modeli. Fiziki və emosional təzyiq göstərərək uşaqda özünə qarşı qorxu yaratmış olur. Belə halda uşaq özünü müdafiəsiz və hər zaman günahkar hiss edir. Böyüdükdə bu tip uşaqlar ətrafdakı insanlar üzərində öz gücünü və haqqını göstərməyə çalışaraq, aqressor tipə dönüşürlər.

3️⃣Fədəkar və zəif ana modeli. Öz problemlərini həll edə bilməyən, hər kəsdən asılı və əzab çəkən analırın övladları hər zaman onları xoşbəxt edə bilmək üçün çabalayırlar. Bu tip ailələrdə böyüyən uşaqlar valideynlərinin rahatlığı üçün öz istək və tələbatlarını heçə sayır, onların qurban obrazlarına çevrilirlər.

4️⃣Uşağın azadlıq və sərbəstliyinə mane olan ana modeli. Bu cür analar hər zaman övladları ilə bağlı təlaş içərisində olur, hər şeyə nəzarət edirlər. Övladlarına həvalə olunmuş işləri onların əvəzinə etməyə çalışırlar, bu halda isə uşaq özünü gücsüz və bacarıqsız hiss edir. Gələcəkdə bu tip uşaqlar özgüvən əksikliyindən əziyyət çəkir və yardım almadan hər hansı bir seçim etməkdən qaçırlar.

↘️Həyatınızda sizi qane etməyən nələrsə varsa və bunun səbəbini müəyyən etmək istəyirsinizsə ananızla formalaşan bağa nəzər yetirməlisiniz.

Onu da qeyd etməliyik ki, hər kəsin bu travmalardan qaçışı fərqlidir.
Kimin üçün zəif anasına məsuliyyət hissi aşılamaq önəmlidir, kimin üçün isə güclü anadan öz məsuliyyət hissini geri almaq.

↘️Əziz analar, bəs siz övladlarınızla necə münasibət formalaşdırmısınız və bu münasibət ona necə təsir edir?

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et