Bağçadan məktəbə gedən yol.

Uşağın məktəbdən öncə bağçaya getməsi, ev mühitindən ayrılıb sistemli bir mühit görməsi onun məktəbə adaptasiyasını yetərincə asanlaşdırır.
.
Əgər valideyn uşağı bağça yaşına qədər özünə bağlı, özündən asılı böyüdübsə, evdə ona öz məsuliyyəti çərçivəsində komandalar verməyibsə, uşağa aid öhdəlikləri özü icra edibsə, təbii olaraq uyğunlaşma mərhələsi həm uşaq, həm də valideyn üçün asan olmayacaq.
.
Ailələr, yaxud yaxın ətraf bağça və məktəbin çətinliklərindən danışarsa, təbii ki, uşaq stres keçirər və bu da onun düşüncə və davranışlarında özünü büruzə verir. Belə halda o bağçaya və ya məktəbə getmək istəmir, yaxud da bağçada xoşa gəlməz hadisələr olduğunu söyləyir, qısası evdən ayrılmamaq üçün bəhanələrə sığınır.
.
Deyək ki, bir valideyin uşağını bağçaya qoymaqdan imtina edir, haqlı olduğunu təsdiqləmək üçün səbəblər sadalayır.
.
Bəs uşağın qazancı və ya itirəcəyi nədir? O, digər uşaqlardan, ünsiyyətdən, sosiallaşmaqdan, ilkin pedaqoji bacarıqların qazanılmasından uzaq düşəcək. Əksinə ana və atadan başqa kimsə ilə ünsiyyətdə olmayanlar bağça mühitində müəllim və uşaqlarla ünsiyyətə girərək həm sosiallaşmağı, fikir bölüşməyi öyrənir, həm də digər şəxslərin komandalarını icra etməyi və tabe olmağı öyrənir. Bağça mühitində qaydalara tabe olunmağı öyrənən uşağın məktəbə adaptasiyası da rahat olur.
.
Ailəyə bağlı uşaq birdən-birə rahat oyun mühitindən uzaqlaşıb qaydalı və sistemli bir mühitə adaptasıyada çətinlik yaşayır. Ağlayır, inadkarlıq edir, hətta depressiv vəziyyətə düşə bilir. Bu zaman valideynlə müəllimlər sıx əməkdaşlıq etməli, lazım gələrsə mütləq şəkildə psixoloqdan dəstək almalıdırlar.
Nəzərə almaq lazımdır ki, bağça-məktəb-müəllim-valideyn əməkdaşlığı uşaqların sağlam psixoloji düşüncə və davranışa malik olması üçün çox vacibdir.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et