Depressiyadasınız yoxsa özünüzü pis hiss edirsiniz?

📌Depressiyadayam sözü artıq cəmiyyətdə özünü pis hiss edən insanlar tərəfindən daha tez-tez istifadə olunur. Ancaq depressiyada olmaqla özünü qısa müddətlik pis hiss etmək, əhvalın aşağı olması arasında fərq var.
❓Bəs depressiyada olub olmadığımı necə öyrənə bilərəm?
👉Depressiyada olub olmadığını müəyyənləşdirmək üçün, aşağıda qeyd etdiyim əlamətləri özündə müşahidə elə. Əgər sadalanan əlamətlərin əksəri səndə mütəmadi olaraq 2 həftə ərzində təzahür edirsə, depressiyadasan. Ancaq daha dəqiq diaqnoz üçün mütəxəssisə müraciət etməlisən.
🔹Uzun müddət əhvalın normadan aşağı olması
🔹Əvvəllər xoşuna gələn məşğuliyyətlərə qarşı getdikcə marağının azalması
🔹Özünəinam və özünüqiymətləndirmənin aşağı enməsi
🔹Səbəbsiz özünü tənqid və ya qeyri-adekvat günahkarlıq hissi
🔹İstənilən növ yuxu pozuntusu
🔹Çəki dəyişkənliyinə gətirib çıxardacaq dərəcədə iştahanın dəyişməsi (artması və ya azalması)
🔹Yorulma və gücün tez tükənməsi

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et