Duyu bütünləmə nədir?

Duyu bütünləmə terapiyasını ergoterapist A.Jean Ayres inkişaf etdirmişdir. O, duyu bütünləmə terapiyasının təməlini qoyan vəsait və texnikaların tətbiqinə töhvələr vermişdir. Bu yeni terapiya modeli, uşaqlardakı duyğusal və motor çətinlikləri müalicə (terapiya) edən erqoterapistlərin pasientə baxış şəklini dəyişdirmişdir. Dr.Ayres uşaqların günlük yaşamdakı funksionallıqlarını artırmaq üçün neyroloji dəyişiklərin lazım olduğunu və bunun üçün də terapiyada duyğusal toxunuşların önəmini, terapiyanın uşaq tərəfindən yönləndirilməsi və oyun üstünlüyünü göstərmişdir.
.
Hər gün çevrəmizi muşahidə edir və ətrafdan gələn məlumatları analiz süzgəcindən keçiririk. Bu məlumatlarla əlaqələnən duyğular: görmə, eşitmə, toxunma, dad, qoxu, koordinasiya və hərəkət (vestibuler duyu) və sümük və əzələ duyumuzdur.
Bütün bu duyğu orqanları öz vücudumuz və ətraf haqqında bilgiləri ötürür. Gələn duyğusal məlumatları beynimiz analiz edərək hərəkətə gətirdiyi müddətə duyu bütünləmə deyilir.
.
Uşaqda duyu bütünləmə probleminin olduğunu necə bilməli:
1. Diqqətini toparlamaqda çətinlik çəkirsə
2. Zəif əzələ tonusu varsa; oturarkən qolları üzərinə ağırlıq salırsa və s.
3. İçində motor bacarıqlar olan tapşırıqlarda çətinlik çəkirsə (rəqs idman etmək və s)
4. Hərfləri, rəqəmləri tərs yazır və ya yazını damada yerləşdirə bilmirsə
5. Qələmin üçünü kağıza bərk basırsa
6. Maşında, təyyarədə və ya başqa minik vasitələrində ürəyi bulanarsa
7. Qulaq asarkən diqqətini cəmləyə bilmirsə
8. Duş almaqdan, saç kəsdirməkdən, daramaqdan, qucaqlaşmaqdan, dırnaq kəsməkdən rahatsız olursa
9. Toxunma, səs, qoxu və dadlara qarşı aşırı həssaslıq varsa
10. Eyni əşyalara qarşı aşırı bağlılıq və sair duyu bütünləmə probleminin olduğunu bildirən əlamətlərdir.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et