Övladlarımızı məktəbə necə hazırlayaq?

📌Övladınızın tək məktəbəqədər dövrdə deyil, eyni zamanda gələcək həyatında uğur qazanması üçün onda hansı bacarıqları formalaşdırmaq lazımdır?
.
📌Motor bacarıqları.
-Qələmi düzgün tuta bilmək
-Vərəqi fırlatmadan, yalnız əlini hərəkət etdirərək şəkil çəkmək
-Şəkilləri səliqəli rəngləyə bilmək
-Qayçıdan istifadə edərək rəngli kağızları kəsmək
.
📌Vaxt və zaman anlayışı.
-Fəsilləri və günləri aid etmək
-Sağ-sol, aşağı-yuxarı, qabağa-arxaya komandalırını anlamaq
.
📌Ətraf aləmlə tanışlıq.
-Öz ad, soyad, yaş və yaşadığı ünvanı bilmək
-Valideynlərinin adlarını düzgün səsləndirmək
-Heyvan və bitkiləri tanımaq
-Əsas bayram tarixlərini öyrənmək
-Şeir əzbərləyə və rəngləri aid edə bilmək
.
📌Oxu və yazı bacarıqları.
-Sait və samitləri ayırmaq, hərfləri tanımaq və sözləri oxuya bilmək
-Verilmiş hərfə söz tapa bilmək
-Sözləri hecalara bölmək
.
📌Riyazi bacarıqlar.
-10-na qədər saymaq
-Az-çox və bərabərin nə olduğunu bilmək
-Sadə həndəsi fiqurları tanımaq.
.
📌Bunlarla yanaşı övladınızın bütün psixoloji xüsusiyyətləri də formalaşmış olmalıdır (diqqət, yaddaş, təxəyyül və düşüncə). Çünki məhs bu bacarıqlar məktəb proqramının rahatlıqla aşılanmasına yardımçı olacaq.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et