Psixoloq və Psixiatr fərqi.

📌Psixiatriya ruh və sinir xəstəliklərinin diaqnozunu müəyyən edib, medikal müalicəsini həyata keçirir.
📌Psixologiya isə ruh haqqında elm olub, varolan simptomları və ya təsdiqlənmiş diaqnozu psixoterapiya metodları ilə terapiya edir.
📌Psixiatr tibb universitetindən məzun olduqdan sonra psixiatriya sahəsində uzmanlaşan tibb işçisidir. Uzmanlıq təhsilini bitirdikdən sonra əhval-ruhiyyə pozuntuları, psixotik pozuntular, həyəcan pozuntuları başda olmaqla psixiatrik xəstəliklərin diaqnozunu müəyyənləşdirmə və medikamentoz (dərman) müalicə etmə haqqına sahib olur.
📌Psixoloq isə dörd illik psixologiya təhsilini bitirərək psixologiya haqqında ümumi məlumatlara sahib olan və daha sonra təhsilini davam etdirərək psixologiya sahələrindən birini seçib ixtisaslaşacaq olan şəxsdir.
Uşaq psixoloqları uzmanlıq (magistr) təhsilini “Uşaq və yaş psixologiyası” üzrə tamamladıqdan və bir sıra terapiya təlimlərinə yiyələndikdən sonra uşaq psixiatrik və psixolojik xəstəliklərini (davranış pozuntusu, tiklər, kəkələmə, spektr pozuntuları, uşaq anoreksiyası və s.) psixoterapiya metodları ilə terapiyasını həyata keçirir.
📌Yeniyetmə və yetişkinlərlə çalışmaq istəyən psixoloqlar isə uzmanlıq (magistr) təhsilini “Klinik psixologiya” sahəsi üzrə tamamladıqdan və bir sıra terapiya təlimlərini aldıqdan sonra uzman klinik psixoloq vəzifəsinə yiyələnirlər.
Bundan sonra əhval-ruhiyyə pozuntuları (depressiya və s.), psixotik pozuntular (şizofreniya və s.), həyəcan pozuntuları (sosial fobiya, imtahan həyəcanı və s.), şəxsiyyət pozuntuları (paranoid ş.p., bağımlı ş.p., və s.), cinsi pozuntular (vaginizm, erkən boşalma və s.), bədən dismorfik pozuntular (anoreksiya və s.) və digər psixiatrik xəstəlikləri təlimini almış olduğu psixoterapiya metodları ilə (koqnitiv davranış terapiyası, sxema terapiya, ailə, cütlük və cinsi terapiya, boşanma terapiyası, fərqindəlik və qəbullanma terapiyası və s.) terapiyasını icra edir.
📌Psixiatrlar və psixoloqlar birlikdə terapiya üçün çalışdıqları zaman daha erkən və qalıcı nəticə əldə edilir.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et