Bərdə rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Fondun baş məsləhətçisi Emin Mehtiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu Taciyə Mehdisoy iştirak edib.

“Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy qeyd edib ki, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə aparıcı rol ailəyə məxsusdur. Müasir dünyanın qlobal problemlərindən biri sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan, ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.

Daha sonra iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et