“Bilməlisiniz” rubrikası: Davranış pozuntusu

🔷Davranış pozuntusu uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olan daxili qarşıdurmalarını davranışlarına əks etdirməsidir.
Bəzən davranış pozuntularını aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar.

🔷Davranış pozuntusu daha çox 3-6 yaş arasındakı uşaqlarda formalaşır. Bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin və “mən” obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur.Ona görə də,bu yaş dövründəki uşaqlara daha çox diqqət göstərilməli, davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir.

🔷Davranış pozuntuları müxtəlifdir.
Ən çox rast gəlinən davranış pozuntuları aşağıdakılardır:

-Uzun müddət davam edən aqressiv davranışlar
-Yalanlar yaxud hadisənin şişirdilməsi
-Təcavüzkar davranışlar
-Uyğunsuz ifadələrin işlədilməsi
-Dırnaq yemə və barmaq əmmə

🔷Davranış pozuntularının əsas səbəbləri:

1)Diqqət çəkmə və özünü təsdiqlətmək istəyi
2)Valideynlərdən intiqam almaq istəyi
3)Özünü xatırlatma

Bunda əlavə, şiddət göstərilən, qayğı göstərilməyən, sevgi məhrumiyyəti olan uşaqlarda da davranış pozuntusuna sıxlıqla rast gəlinə bilər.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et