Borderline Şəxsiyyət Pozuntusu

🔹Bildiyimiz kimi şəxsiyyət pozuntusu insanların cəmiyyət normalarına uymayan şəkildə sərgilədiyi davranış modelləri və daxili münaqişələridir.

🔹Borderline Şəxsiyyət Pozuntusuna sahib olan insanlar nevroz və psixoz arasındakı sərhəddədirlər. Onlarda ümumi bir boşluq hissi və həyatın normativlərindən zövq ala bilməmə müşahidə edilir.
Əhval ruhiyyəsi gün ərzində qeyri sabit olur. Çox pul xərcləyir, zərərli maddə və spirtli içki istifadə edir, sürətli maşın sürür və bədəninin bir çox nahiyyəsinə döymə etdirir.
Qəribə, stabil olmayan davranışlar sərgiləyirlər. Tez-tez emosional dalğalanma yaşayır, bir insana qarşı həm düşmənçilik, həm də böyük sevgi bəsləyə bilir. Heç vaxt psixoloqa ehtiyaclarının olduğunu düşünmürlər.
🔹Ətrafınızda belə insanlara rast gəldiyinizdə onlara psixoterapevt dəstəyi almağı məsləhət görməyiniz vacibdir.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et