ELAN

🔹Bəzən ikili münasibətlərdə fiziki şiddət gözlə görülməsə də, psixoloji zorakılıqlar tərəflərə daha ağır və qalıcı travmalar yaşadır. Belə vəziyyətdə cütlüklər necə davam edəcəyini bilmir, şiddət tətbiq edilmədiyini var sayaraq münasibətləri sonlandırmır, yaxud psixoloji asılıllğı sevgi ilə qarışdıraraq, sevdiklərini düşünür və hər bir vəziyyəti qəbul edirlər.

🔹Günümüzün ən aktual problemlərindən biri olan şəxsi münasibətlərdə psixoloji zorakılıq mövzusunun müzakirəsində iştirak etmək, mütəxəssis dəstəyi almaq və münasibətlərinizi bərpa etmək istəyirsinizsə, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Sona Davudovanın rəhbərliyi ilə ÖDƏNİŞSİZ keçiriləcək “Özünü gözardı etmə” seminarına qatıla bilərsiniz.

🔹Fəaliyyət sahəsindən asılı olmayaraq seminarda hər kəs iştirak edə bilər.

☎️Ətraflı məlumat və qeydiyyat üçün 055-976-48-46 ilə əlaqə saxlaya bilərsiniz.

Tarix: 9 noyabr
Saat: 12:00
Ünvan: Binəqədi rayonu, M.Ə.Rəsulzadə 195B.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et