Elanlar

Ana olmaq qadına inanılmaz duyğular yaşadır. Həyatın çətinlikləri və məsuliyyətləri içərisində körpələrini dünyaya gətirən, saatlarla yuxusuz qalaraq səbrlə onları böyüdən anadır. Analıq hissi əvəzolunmaz bir hissdir. Lakin ana olan zaman övladımıza qarşı etdiyimiz doğrular və yanlışlar nələrdir? Əslində bir ana kimi övladımıza necə faydalı ola bilərik? Bu kimi digər suallara cavab tapmaq istəyirsinizsə 17 noyabr saat 14:00-da Sizləri “Loqos” PNİM Azadlıq filialında gözləyirik. Təlimçi isə psixoloq Aygül Məlikova olacaqdır. Qeydiyyata düşmək üçün +994507484648 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Uşaq inkişaf dəyərləndirmə test paketi” təlimində iştirak etməyə tələsin! Təlim 3 saat olmaqla 2 gün davam edəcək və sonda sertifikat veriləcək. İştirakçılar tədris testləri ilə təmin olunacaqlar.

Qorxu və utancaqlıq ifrat dərəcəyə çatanda psixoloji problemə çevrilir. Əgər qorxularınız, utancaqlığınız sizi assosiallaşdrırsa, gündəlik həyatda narahat edirsə, deməli, bunu korreksiya etməyin vaxtıdır.
Sizi psixoloq Nigar Məmmədovanın təqdimatında 10 noyabr saat 15:00-da “Qorxunun və utancaqlığın korreksiyası” seminara dəvət edirik.
Qorxu məlumatsızlıqdan yaranan duyğudur. Məsələn, qaranlıqdan yaranan qorxu qaranlığın qeyri-müəyyənliyindən irəli gəlir. Qorxu həm də insanın yaşadığı ümidsizlik və ya uğursuzluqlardan yaranan bir hissdir. Ən əsası qorxu ciddi psixoloji xəstəlikdir, korreksiya olunmağı mütləqdir.
Utancaqlıq – ətrafınızda insanlar olduğu zaman, özünü gərgin və bacarıqsız hiss etməkdir. Kimliyindən asılı olmayaraq müəyyən məqamlarda hər kəs bu hissi yaşaya bilər. Utancaqlıq bir sıra fiziki əlamətlərlə ortaya çıxır. Məsələn, üzün qızarması, tərləmə, ağız quruluğu, döyüntü, nəfəs kəsilməsi, nəfəs darlığı, mədə-bağırsaq sistemində narahatlıq, əzələ gərginliyi, titrəmə kimi əlamətlərlə müşahidə edilir. Bu əsnada insan “gücsüzəm, çirkinəm, bəyənilmirəm, sevilməyə layiq deyiləm, səhv etməməliyəm, mükəmməl olmalıyam, qayğılı olduğumu bəlli etməməliyəm, rahat davranmalıyam, qüsursuz görünməliyəm, hər kəs tərəfindən bəyənilməliyəm” kimi düşüncələrin narahatlıqlarını yaşayır.

«Loqos» Psixoloji Nitq İnkişaf Mərkəzi vakant yerlər üçün rus dilli psixoloq və psixopedaqoqları işə dəvət edir. Müraciət etmək üçün +994507484648 ilə əlaqə saxlaya bilərsiz.
Ünvan: Qarabağ küçəsi 71A

Bakü
Elma Dersem Çık !
Hayat bir saklambaç yeri.
Bazen ebe olur sayarsın bazen de saklanırsın.
Bence çok bekledin saklandığın yerde, elma dersem çıkar mısın ?
İyi ve mutlu olarak büyük başarıya ulaşmanın yolu nedir ?
Yaşamımızın anlamı nasıl olur ?
Neşeye giden yol nedir ?
Tüm bu soruların cevabı için ‘’Elma Dersem Çık !’’ Tarih:18 Kasım Pazar
Saat:16.00
Yer:Hotel Pullman Bakü
Bilgi:+994 50 748 46 48
Bilet Satış Noktaları
Qarabağ küçəsi 71 A.
Organizasyon: @5nokta4 @peralounge @sugarsloveofficial @loqos_psixoloji_ve_nitq_merkez
Fotoğraf: @cemreozgurvideoart

Noyabr ayının 10-da “Loqos” PNİM-in Yasamal filialında psixoloq Emin Səfərov “Aqressiya” adlı seminar keçirəcək. Arzulayan hər kəs tədbirə dəvət olunur. Diqqətinizə çatdırırıq ki, seminar ödənişsizdir.
Ünvan: Yasamal rayonu, Şərifzadə 31/54.
Əlaqə nömrəsi:+994702644648

Seminardan sonra çoxsaylı istəkləri nəzərə alaraq psixoloq Raminə Həsənova “Oyun terapiyası” kursu tədris edəcək. Qeydiyyata yazılmaq üçün +994507484648 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Loqos” PNİM-də Sülyeman Məmmədzadənin təlimçiliyi ilə 3 noyabr saat 12:00-da EDMR seminarı! Seminarda EDMR terapiya haqqında ətraflı məlumat əldə edəcəksiniz. Seminar həm azərbaycan dilində, həm də rus dilində ödənişsiz formada keçiriləcəkdir. Qeydiyyatdan keçməyə tələsin!

Uşaqlarda yaranan bir sıra problemlərin səbəbi ilkin olaraq pedaqoji baxımsızlıqdan başlayır. Bu kursumuzda bütün pedaqoqları, psixo-pedaqoqları, psixoloqları və övladının inkişafının hər mərhələsinə düzgün yanaşmaq istəyən valideynləri gözləyirik. Qeydiyyat üçün +994507484648 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Psixoloji konsultasiya zamanı yol verilən yanlışlar hansılardır?
Pasiyentə ilkin yanaşma necə olmalıdır?
Psixoloqun iş fəaliyyətinin mühüm bir hissəsi olan konsultasiyanın aparılma qaydasını bu seminarda öyrənə bilərsiniz. “Psixoloji Konsultasiyanın aparılma qaydası” adlı seminarımıza hər biriniz dəvətlisiniz. Seminar psixoterapevt Elmir Əkbər tərəfindən aparılacaq. Seminar ödənişsizdir. Qeydiyyata yazılmaq üçün +994507484648 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Ümumi Psixologiya kursu” sabah saat 10:00-da “Loqos” PNİM-nin Azadllq filialında başlayır. Son 1 yer! Qeydiyyatdan keçməyə tələsin.
Kursda aşağıdakı məsələlər üzrə təlim keçiriləcək:
1. İdrak sferasının tətbiqi
2. Emosional sferanın öyrənilməsi
3. Fərdi fərqlərin öyrədilməsi
4. Psixoloji treninqlər (3 treninq)
5. Şəxsiyyətin tətbiqi metodları
6. Praktik psixologiyanın texnologiyası

Gizli İstiqlalçılar filmi! Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən “İstiqlal” qəzeti haqqında maraqlı faktların əks olunduğu filimdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Gizli istiqlalçılar” sənədli filmi 20 oktyabr tarixində nümayiş etdiriləcək. Film ödənişsizdir. Ünvan: Binəqədi rayonu, M.Ə.Rəsulzadə 195 B. +994507484648

Könüllülükdən peşəkarlığa gedən yolda olan çətinliklər və nailiyyətlər haqqında sizə təlimçi Elgün Məmmədov bəhs edəcək. Təlim ödənişsizdir. Motivasiya xarakterli keçiriləcək təlimdə iştirak etməyə tələsin.

“Ümumi Psixi Sağlamlıq Günü” münasibətilə “Loqos” PNİM-in Azadlıq filialında 13 oktyabr psixologiya elmlər doktoru İsa Məmmədovun elmi fəaliyyətinə həsr olunmuş tədbirə dəvət edirik. Tədbirdə professor İsa Məmmədovun həyat və fəaliyyəti barədə məlumat veriləcək. Xatırladaq ki, professor İsa Məmmədovun ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərmiş, milli təhsil sistemimizin inkişafında mühüm xidmətləri olmuşdur.

Psixologiya sahəsində çalışan mütəxəssislər üçün seminar! Bu sahədə praktik biliklərinizi artırmaq, yeni informasiyalar əldə etmək istəyirsiniz? O zaman “Loqos” PNİM-in Gəncə filialında 20 oktyabr saat 12:00 da psixoloq Zahid Tağıyev tərəfindən “Praktik Psixoloqun işi prinsipləri” adlı seminara qoşula bilərsiniz. Qeydiyyatdan keçməyə tələsin!

Loqos PNIM-də yenilik Sülyeman Məmmədzadənin təlimçiliyi ilə 3 noyabr 12:00 da EDMR seminarı! Seminarda EDMR terapiya haqqında ətraflı məlumatlar əldə edəcəksiniz.
Qeydiyyatdan keçməyə tələsin!

Loqos PNİM-də artıq ənənə halını almış Ümumi Psixologiya kursuna yenidən start verilir.
Kursda aşağıdakı məsələlər üzrə təlim keçiriləcək:
1. İdrak sferasının tətbiqi
2. Emosional sferanın öyrənilməsi
3. Fərdi fərqlərin öyrədilməsi
4. Psixoloji treninqlər (3treninq)
5. Şəxsiyyətin tətbiqi metodları
6. Praktik psixologiyanın texnologiyası

Bütün dünyada tətbiq edilən WİSCR-R zəka testi artıq Loqos PNİM Xalqlar filialında keçiriləcək.
Əgər sizdə övladınızın zəka səviyyəsindən əmin olmaq istəyirsinizsə vaxt itirmədən Loqosun Xalqlar filialına yaxınlaşıb, WİSCR-R testindən keçirə bilərsiniz.
WİSC-R İntellekt testi 6-16 yaş arası uşaqlara tətbiq olunur və bu yaş qrupundakı uşaqların İQ səviyyəsini, yəni intellektini müəyyənləşdirir.
Test nəticəsində şəxsin şifahi, təcrübi və ümumi İQ səviyyəsi əldə olunur. WİSC-R testi uşağın hal-hazırda olduğu yaşının bütün kriteriyalarını ödəyib-ödəmədiyini müəyyən edir.

Hal-hazırda cəmiyyətimizin böyük problemlərindən biri gəlin-qaynana problemidir. Bu mövzu üzrə 13 oktyabr 12:00-da psixoloq Zahid Tağıyev tərəfindən Loqos PNİM Gəncə filialında “Gəlin-qaynana münasibətləri” konfiliktlərə rasional yanaşma adlı seminar keçiriləcək.
Qeydiyyata düşməyə tələsin.
Ünvan: Loqos PNİM Gəncə filialı
Mirzə Abbaszadə 68.
0702264648

Tələbələrin istəyini nəzərə alaraq yenidən “Layihələrin yazılması və idarə olunması” seminarı ilə sizin qarşınızdayıq. 18 oktyabr saat 14:00-da Loqos PNİM Azadlıq filialında sizi gözləyirik. Seminar ödənişsizdir, qeydiyyata yazılmağa tələsin.
Ünvan: Binəqədi rayonu, M.Ə.Rəsulzadə 195 B. +994507484648

Çoxsaylı istəkləri nəzərə alaraq Loqos PNİM Xaçmaz filialında “Nitq qüsurları, onların yaranma səbəbləri və aradan qaldırılma yolları” adlı 1 aylıq kursa qeydiyyat başlamışdır. Kursa yazılmaq üçün +994507644648 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Çoxsaylı istəkləri nəzərə alaraq yeniyetmələr üçün qrup terapiyası! Sabah saat 11:00-da özgüvən əskikliyi, sosial fobiya, ünsiyyət çətinliyi olan bütün yeniyetmələri Loqos PNİM Gənclik filialında gözləyirik.
Ünvan: Fətəli Xan Xoyski 111 C.+994702704648

Çoxsaylı istəkləri nəzərə alaraq yeniyetmələr üçün qrup terapiyası! Sabah saat 11:00-da aqressiya, qorxu-fobiya, ünsiyyət bacarıqsızlığı, özgüvən əskikliyi, özünəqapanma, yalan danışma problemi olan bütün yeniyetmələri Loqos PNİM İnşaatçılar filialında gözləyirik. Ünvan: Şərifzadə küçəsi 31/54. +994702704648

Loqos PNİM-in Xaçmaz filialında 15 oktyabrdan etibarən “Uşaq psixologiyasının nəzəri və praktik hissəsi” adlı kurs başlayır. Təlimçi psixoloq Ayşə Məmmədovadır. Qeydiyyata düşməyə tələsin. Ünvan: Loqos PNİM-in Xaçmaz filialı, Xaçmaz şəhəri, Nəriman Nərimanov 7.
Əlaqə: +994507644648

Uşaqlar üçün ödənişsiz master-klass! Rəsm müəlliməsi Zülfiyyə Mikayılova tərəfindən 3-6 yaş arası uşaqlar üçün əl boyası ilə rəsm master klassı veriləcək. 6 oktyabr saat 12:00-da Loqos PNİM-in Yasamal filialına yaxınlaşa bilərsiniz.
Ünvan: Yasamal r-nu, Şərifzadə 31/54. +994124348616, +994702644648

Çoxsaylı istəkləri nəzərə alaraq müalicəvi massaj kursuna növbəti dəfə start veririk. 3 ay davam edəcək kursda, siz massaj sənətinin bütün incəliklərini öyrənəcəksiniz. Sonda iştirakçılara sertifikat veriləcək

Loqos PNİM-in Gəncə filialı təqdim edir.
İzləyicilərin çoxsaylı istəklərini nəzərə alaraq sizin üçün 1 aylıq Loqopediya kursu təşkil edirik. Həftədə 4 dəfə intensiv Loqopediya kursunu loqoped Bəxtiyar Qasımov tədris edəcək. Kurs həm nəzəri, həm də praktiki keçiriləcək. İştirakçılara sonda sertifikat veriləcək.

Loqos PNİM-in Azadlıq filialının klinik psixoloqu Aydan Sabirli 24-29 sentyabr tarixlərində yeniyetmə və böyükləri tam təmənnasız konsultasiya edəcək.
Ünvan: M.Ə.Rəsulzadə 195 B (Azadlıq metrosunun yaxınlığı);
Əlaqə: +994505804648, 0125635708

Övladınızın qidalanma və yuxu rejimindən narazısınız? O zaman bu seminar sizin üçündür. Seminarın sonunda övladınızın yaşına uyğun yemə və yuxu cədvəli veriləcək.

Klinik dəyərləndirmə üsullarını klinik psixoloqdan öyrənin

2 gün bütün filiallarda 0-6 yaş arası uşaqlar üçün ödənişsiz testlə müayinə!

Sizə yaxın olan Loqos PNİM filialına müraciət edə bilərsiniz.

Məktəbəqədər pedaqoq kimi fəaliyyət göstərmək istəyirsiz? Bunun üçün bilikləriniz kifayət deyil? O zaman məktəbəqədər pedaqoq Gülnar Vəliyevanın “Məktəbə hazırlıq qruplarında işləyəcək müəllimlər üçün” təlimində iştirak etməyə tələsin. 15 gün davam edəcək təlimin sonunda sertifikat veriləcək. Əlaqə: +994702644648; +994124348616

Abituriyentlərin, ötən ilin məzunları və magistrların nəzərinə!!! Həm İstanbulda yaşayıb, həm də Üsküdar Universitetində təhsil almaq istəyirsinizsə buyurun müraciət edin! Üsküdar Universitetinin rəsmi və tək təmsilçisi Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi sizə bu yolda kömək edəcək.
Bakalavr proqramına aşağıdakılar aiddir:
4 il davam edəcək təhsil və sonda bakalavr dərəcəsi;
Üsküdar Universitetində təcrübə imkanı;
Psixologiya fakültəsində təhsil alanlar üçün NP Beyin Xəstəxanasında təcrübə imkanı;
İstanbulda yerləşmə imkanı;
Diplomun Azərbaycanda tanınması;
Ödəniş hissə-hissə verilə bilər.

Magistr proqramına aşağıdakılar aiddir:
Distant təhsil alma imkanı;
Magistr dərsləri ayda 4 gün Loqos PNİM filiallarında keçiriləcək;
Diplomun Azərbaycanda tanınması;
Ödəniş hissə-hissə verilə bilər.
Əlaqə: +99450 748 46 48

Psixoloji işin təşkilinə düzgün yanaşmaq üçün düzgün diaqnostik kriteriyaları bilmək və əvvəlcədən müəyyənləşdirilmiş protokol qaydalarına əməl etmək vacibdir. Bu səbəblə hal-hazırda ən aktual problemlərdən olan əqli gerilik,autizm spektr pozuntusu, Diqqət əskikliyi və hərəkətlilik mövzularının DSM V əsasən ən düzgün və ən müasir diaqnostika qaydalarını bilmək üçün sizi mərkəzimizin baş uşaq psixoloqu, klinik psixoloq Anara Quliyeva tərəfindən keçiriləcək təlimində iştirak etməyə dəvət edirik.
Əlaqə: +994507484648

Правильный подход к организации психологической работы обеспечивается знаниями критериев правильного диагноза ,а также соблюдением норм ранее выявленных протоколов.В связи с этим, для решения самых актуальных проблем на основе DSM 5,как умственная отсталость ,дефицит внимания,аутизм,гиперактивность,психологическое разрушение спектра, а также для изучения правил современной диагностики мы Вас приглашаем на тренинг,провидимый клиническим психологом Анарой Гулиевой,которая также является главным детским психологом Центра.

26 avqust 2018-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Aqro Mall Ticarət Mərkəzində “Əl əməyi göz nuru” adlı qadınların əl işlərindən ibarət satış sərgisi keçiriləcək. Sərgidə əl işləri ilə yanaşı böyük sahibkar qadınlar da təmsil olunacaq.
Sərgi AQSİA və Aqro Mall Ticarət Mərkəzinin əməkdaşlığı və təşəbbüsü ilə təşkil olunur.
26 avqust saat 11:00-da rəsmi açılış mərasimi nəzərdə tutulan sərgidə dövlət rəsmiləri, səfirliklər, beynəlxalq qurumların nümayəndələri, media nümayəndələri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Həmçinin şəhərimizdə qonaq olan turistlər də sərgiyə cəlb olunacaq.
Sərginin keçirilməsində əsas məqsəd qadınlar arasında sahibkarlıq fəaliyyətini təşfiq etmək, fərdi sahibkarlıqla məşğul olan qadınların maddi gəlirliyinin artmasına dəstək olmaqla, fəaliyyətlərini stimullaşdırmaqdır.
Sərginin keçiriləcəyi məkan:
Bakı şəhəri, Aqro Mall Ticarət Mərkəzi (Bakı şəhərində Nəsimi rayonu, S.C, Pişəvari. 3-cü mkr., dairəsinin yaxınlığında)
Əlaqəli nömrəsi: (+994 50) 442 20 07 (+994 50) 394 21 12
https://www.instagram.com/aqsia_aweda/
https://www.facebook.com/Az%C9%99rbaycanda-Qad%C4%B1n-Sahi…/

Loqos PNİM sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir. Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Bütün xaricdə yaşayan həmvətənlərimizi də təbrik edirik. Qurban Bayramınız mübarək olsun!