Gənclər Nizami Gəncəvi adına Milli Ədəbiyyat muzeyinə ekskursiya ediblər.

Psixoloji xidmət və Tədqiqatlar Mərkəzinin bir qrup fəal gəncləri “1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” ndə Nizami Gəncəvi adına Milli Ədəbiyyat muzeyinə ekskursiya ediblər. Muzey rəhbərliyinə PXTM haqqında məlumat verilib, onlar da öz növbəsində gənclərin ölkəmiz üçün önəmli olan bu günündə muzeyə ziyarətə gəlməklərinin təqdirəlayiq olduğunu bildiriblər.
Ekskursiyanın gedişatında bələdçi muzeyin yaranma tarixi, Azərbaycan xalqı var olduğu gündən indiyədək yaşayıb-yaradan, dövrlərinin dahi ədibləri haqqında ətraflı məlumatlar verərək, onlardan dövrümüzə gəlib çatan şəxsi əşyalar ilə gəncləri tanış ediblər.
Sonda xatirə fotosu çəkdirilib.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et