“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasıda iştirak edib.

Ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda nəşriyyat və kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədi ilə bu il də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşklilaçılığı ilə Bakıda 6-cı Beynəlxalq Kitab sərgi-yarmarkası keçirilir.
Sərgidə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin də stendi qoyularaq, il ərzində çap olunan nəşrləri, xarici ölkələrdən əldə olunan vəsaitləri, mütəxəssislər tərəfindən dərc olunan kitabları sərgi iştirakçılarına təqdim olunur. Sərginin ilk günündə “Loqos”un stendi iştirakçılarda böyük maraq doğurdu. Bir çox tanınmış şair və yazıçılar, dövlət xadimləri stendlə tanış olub, xatirə şəkili çəkdirdi.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et