Məktəbdə bullinq.

🔹Bullinq nədir?
Bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

🔹Məktəbin təhsil sahəsində bullinqin olması ailədə toplanmış mənfi enerjini çölə atmaq istəyi ilə izah edilir, müəllimlərin bu problemlə mübarizə aparmaq istəməməsi isə məktəb daxilində aqressiv təyziqin yayılmasına və inkişafına kömək edən əlavə faktordur.

🔹Sizə 21 yaşında məktəb bullinqinin qurbanına çevrilmiş Djeremayın həyat hekəyəsin danışmaq istəyirik. Djeremay məktəbə getdiyi ilk gündən uşaqlar tərəfindən lağa qoyulur, zorakılığa məruz qalırdı. O üçqardaş və bir bacı ilə kasıb ailədə böyüyürdü. Djeremay çox utancaq və kövrək bir idi, ev heyvanları ilə oynamağı sevir, məktəbə getməyi çox istəyirdi. Məktəbə getdikdə uşaqlar onun “İkinci əl paltarlar” mağazasından aldığı geyimlərə gülür, populyar teleşouları izləmədiyinə görə sataşırdılar.
Anası bu vəziyyəti bilsədə, oğlunun xahişinə görə müdaxilə edə bilmirdi. Djeremayın özünümüdafiə etməyi öyrənməsinə şərait yaratdıqlarını düşünərək müəllimlər də baş verən zorakılığa susurdular. Məktəbi bitirdikdən 3 il sonra oğlan tapança alaraq özünü öldürdü.

İntihardan öncə Djeremayın məktubda yazdığı son sözlər: “Artıq qəddar insanların olduğu dünyada yaşamaq istəmirəm. İnsanlar özgüvənimi və dünyaya olan ümidlərimi ZƏHƏRLƏDİLƏR”.

🔹Bəs siz məktəbdə belə davranışlara rast gəldiyiniz zaman nə edirsiniz? Övladınızı necə qoruyursunuz?

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et