Mutizm

📌Əziz valideynlər!
Əgər sizin övladınız danışa bildiyi halda danışmırsa, insanlarla ünsiyyətə girməyə çəkinirsə, özünəqapalı uşaqdırsa “Heç nə olmaz, utancaqdı ona görə belə eləyir” deyib keçməyin, çünki bu mutizm kimi tanınan psixoloji narahatlığın əlaməti ola bilər.

📌Mutizmin iki növü var. Total və selektiv mutizm.
-Total mutizm zamanı insan heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır. Yaranması psixoloji və ya psixiatrik səbəblərlə bağlıdır.
– Selektiv mutizm zamanı uşaqlar ailə üzvlərindən bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və heç bir reaksiya bildirmirlər. Az da olsa ünsiyyətə girməyə maraq göstərərlərsə, fikirlərini jest və mimikaların köməyi ilə, ya da yazılı yolla ifadə etməyə üstünlük verirlər. Selektiv mutizm uşaqlıq dövrü qayğı pozuntusu olaraq da bilinir.

📌Onu da qeyd etməliyik ki, mutizm zamanında korreksiya olunmazsa, gələcəkdə uşaqlarda bir çox psixoloji və psixiatrik problemlərinin yaranmasına səbəb ola bilər. Buna görədə erkən müdaxilə və mütəxəssis dəstəyi mütləqdir.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et