Nənələr övladınızı ərköyün böyüdür?

“Tez bu konfeti də ye, anan gəlib görməsin” və ya “Əlbəttə ki, bu oyuncağı da alacam, sən nə istəyirsən denən nənə eləsin”.
Bu cür davam edən yay tətilindən və ya günlük rejimdən sonra uşaqlar yenidən valideynlərinin yanına geri dönürlər. Bu vəziyyətdə valideynlər uşaqlarını tanımaz halda olur və nə edəcəyini bilmirlər.

1️⃣Nənə ilə danışa bilərsiniz.
Əgər nənə uşağı bilərək məqsədli şəkildə ərköyünləşdirməyibsə o zaman danışaraq bu məsələni həll etmək olar. Uşaqlar üçün qayda və qadağalar tətbiq edəcək adamlar tək valideynlər deyil, nənə ilə baba da bu sıraya daxildir. Ona görə də uşaq fərqli və bir-birinə zidd qaydalarla böyüməmələdir. Nənə ilə danışıb, ona köməklik göstərdiyi üçün təşəkkür etdikdən sonra, aşırı sevgidən qaynaqlanan problemi başa sala bilərsiniz.

2️⃣Münaqişələrdən qaçının.
Uşaqlar iki sevdiyi insanın mübahisə etdiyini gördükdə özünü günahlandırmağa başlayır və belə halda psixoloji narahatlıqlar özünü göstərə bilər.

3️⃣Əgər danışıqlarınız məsələni həll etməyə kömək olmadısa əsla uşağınıza nənə-babası ilə görüşməyinə qadağalar qoymayın. Belə halda uşaq özünü ən sevdiyi şeylərdən məhrum hiss edərək sizə qarşı aqressiya bəsləyəcək və sizin nənə-babanı sevmədiyinizi düşünəcək.

4️⃣Bəzi təlabatlarınızdan imtina etməyə cəhd göstərin. Uşağınız nənənin ona öyrətdiyi kimi çoxlu şirrniyyat istədikdə əvvəl icazə vermədiyiniz gündə iki dəfə olan park gəzintisi ilə əvəzləşdirin. Belə olan halda uşağınız zərərli olmayan, amma onun sevdiyi bir şeyi əldə etmiş olacaq.

5️⃣Ən əsası isə nəticə görməyə tələsməyin. Düşünün ailənizlə bərabər xoş və maraqlı keçən bir tətildən yeni qayıtmısınız. Sizi belə iş həyatı və gündəlik həyat tərziniz yorursa uşaq üçün bu çətinlik normaldır. Özünüzə də uşağa da bir az vaxt verin və hər şeyin dəyişdiyini görəcəksiniz.

🔹Əziz analar, bəs siz övladınızı necə tərbiyə edirsinz? Nənələr sizə köməklik edirmi? Yaranan probelmi necə aradan qaldırırsınız?

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et