HAQQINDA:
PXTİB Qeyri-hökümət təşkilatıdır.
2016-cı ilin yanvar ayından fəaliyyət göstərir
2016-cı il dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Məqsəd və vəzifə:
- Psixologiya və psixoloji xidmət kontekstində milli və beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquqları ilə əlaqəli qanunların təbliği və hüquqi maarifləndirməsi.
- Azərbaycanda psixologiya və psixoloji xidmət sahəsində mövcud olan qanunlarla bağlı maarifləndirmə işinin aparılması
- Beynəlxalq təşkilatların bu sahədə qəbul etdikləri konvensiyaların təbliği
- Psixologiya və psixoloji xidmət sahəsində mövcud olan qanunların təbliği
- Respublikada psixologiya və psixoloji xidmət sahəsində mövcud olan qanunların gənclər arasında təbliği
- Psixologiya və psixoloji xidmətlə bağlı seminarların, konfrans və treninqlərin keçirilməsi
- Psixologiya və psixoloji xidmətlə bağlı qanunların təkmilləşdirməsində və yeni qanunların hazırlanmasında yaxından iştirak etmək
- Zəruri profilaktik və maarifləndirici nəşrlərin təşkili
- Ayrı-ayrı ölkələrin psixologiya və psixoloji xidmət sahəsində mütərəqqi təcrübəsini öyrənmək
- Müxtəlif ölkələrdə bu sahədə fəaliyyət göstərən QHT-lərin təcrübəsini öyrənmək və onlarla sıx əməkdaşlıq əlaqələri qurmaq
- Beynəlxalq, regional və milli səviyyədə bu təşkilatlarla əməkdaşlıq yaratmaqla qadın şəbəkələrinə, koalisiyalara qoşulmaq
- Xarici ölkələrdən mütəxəssislər dəvət etmək və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək
- Beynəlxalq öhtəliklər nəzərə alınmaqla psixologiya və psixoloji xidmətlə bağlı ictimai vəkillik fəaliyyətinin təşkili
- Psixoloji sağlamlığın qorunması və təmin olunması istiqamətində ictimai vəkillik işinin təşkili və təbliği
- Həssas qrup insanların psixoloji sağlamlığının qorunması və təmin olunması işinin təşkili
- Müxtəlif xeyriyyə tədbirlərinin həyata keçirilməsi
- Erkən yaşdan başlayaraq, bütün yaş qruplarında psixoloji yardım işinin aparılması
- Psixoloji tərbiyə və təhsilin ailə və cəmiyyət üçün əhəmiyyəti ilə bağlı seminar və təlimlərin keçirilməsi
- Bütün yaş qrupları üzrə psixoloji kursların təşkili
- Gənc qadınlar və analar üçün psixoloji seminar və təlimlərin keçirilməsi
Layihələr :
- “Müasir Azərbaycan qadını”
- “Ailədən başlanan gələcək”
- “Mənim ilk uğurum”
- “Mənim ilk təcrübə məktəbim”
- “Psixologiya Akademiyası : Uşaq”
- “Salam, Ana!”
- “Müasir Azərbaycan gənci”
Konfranslar və təlimlər:
- Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatında “60 saniyədə insan tanıma sənəti” , “Bu günkü məni yaradan uşaqlığım”
- Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında “60 saniyədə insan tanıma sənəti”, “Kişi və qadın münasibətlərinin tənzimlənməsi”
- Gəncə şəhər Təhsil Şöbəsi və Gəncə Dövlət Universitetində “Autizm spektr pozuntusu” “Cinayət psixologiyası”, “Ailə psixologiyası”, “Müəllim –tələbə münasibətləri”
- Bakı Slavyan Universitetində “Hiperaktivlik və diqqət əksikliyi”
- Azərbaycan Dövlət Politexnik Universitetində “Temperament xüsusiyyətləri”
- Atatürk liseyində “Müəllim –şagird münasibətləri”
- Bakı Ali Neft Məktəbində “Motivasiya”, “Özgüvən”, “Temperament xüsusiyyətləri”
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gənclik filialında:
- “Ailə psixoterapiysı”, “Psixodrama”, “Koqnitiv – bixeveral davranış pozuntusu”, “Portage proqramının öyrənilməsi və tətbiqi qaydaları”
- “Loqos”-un Gəncə filialında: “Yeniyetməlik dövrünün xüsusiyyətləri və diaqnostik üsulları”, “Cinsi maarifləndirmə”, “Obsessiv –kompulsiv pozuntu ilə psixoloji mübarizə”, “Yeniyetmələrlə qrup işinin aparılması qaydaları”
- “Loqos”-un Yasamal filialında: abituriyentlər üçün “İmtahan həyəcanının aradan qaldırılması”
- “Loqos”-un Lənkəran filialında : “Psixodiaqnostika metodları”
Əməkdaşlıq :
- Dünya Pozitiv Psixoterapiya Assosiasiyası
- Beynəlxalq Fundamental Təhsil Universiteti
- M. Bexterev adına Sank-Peterburq Psixonevroloji Elmi –Tədqiqat İnstitutu
- Sank-Peterburq Psixoterapiya və Klinik Psixologiya Elmi –Tədqiqat İnstitutu
- Sank-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu
- Beynəlxalq Ailə Akademiyası
- Türkiyə Cümhuriyyətinin bir sıra psixoloji sağlamlıq mərkəzləri
Xeyriyyəçilik tədbirləri:
- Əllillər evində “Musiqili -əyləncəli Bahar şənliyi”
- Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiyası şöbəsində müalicə alan uşaqlar üçün musiqili -əyləncəli Yeni il şənliyi
- 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günündə musiqili -əyləncəli bayram kompozisiyası
- Xocalı soyqırımının ildönümü ərəfəsində şəhid ailələri və Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə mənəvi – psixoloji dəstək kampaniyası