“Qoruyan ailə” modeli.

Hər ailə modeli kimi bu modelinin də özünə məxsus xüsusiyyətləri var. Qoruyan ailə modelini formalaşdıran valideynlər övladlarını aşırı qorumaq və qadağalar qoymaqla digərlərindən fərqlənirlər. Demək olar ki, övladın atdığı hər addım, bildirdiyi hər fikir valideyn tərəfindən nəzarət altında saxlanılır. Belə olan halda əksər qərarları uşaqların yerinə valideyn verir. . “Qoruyan ailə” modelində “ora getmək olmaz”, “9-dan gec evə gəlmək olmaz”, “filan şeyi yemək olmaz”, “belə geyimlərdən istifadə etmək olmaz” kimi cümlələrə çox sıx rast gəlinir. .
Belə olan halda sual yaranır ki, valideynlərin bu cür davranışları uşaqlarda hansı fəsadlara yol açır?
Valideynlərin uşaqlarını hədsiz qoruması və qadağalar qoyması, uşaqların gələcəkdə sərbəst seçim etmək bacarığını maksimum aşağı endirir. .
Belə ailələrdə böyüyən uşaqların fikir və davranış azadlığı olmadığı üçün, seçim etməkdə və öz ayaqları üstə durmaqda çətinlik çəkirlər. .
Əgər çevrənizdə seçim etməkdə və öz ayaqları üstə durmaqda çətinlik çəkən və ya bunu heç bacarmayan biri varsa, onun böyüdüyü ailə modelinə baxın. Sözü gedən şəxsin böyüdüyü ailə modelinin “qoruyan ailə modeli” olduğunu özünüz müşahidə edəcəksiniz.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et