Şəxsiyyətin ikiləşməsi (dissosiativ pozuntu)

📌Şəxsiyyətin ikiləşməsi (dissosiativ pozuntu) zamanı insan eyni zamanda iki, bəzi hallarda daha çox şəxsiyyətə malik olur. Bu zaman insanın əqli, həyati bacarıqlarına və ümumi davranışına eyni zamanda iki şəxsiyyət nəzarət edir. Eqo-vəziyyət dəyişdikdə yaddaş itir. Hər bir sağlam insanın daxili ziddiyyət yaşaması normaldır. Çünki bu ziddiyyət onu başqa insana çevirmir.
📌Şəxsiyyətin ikiləşməsində isə insan daxilində bir-birinə zidd olan bir neçə şəxsiyyət yaşayır və hər biri müxtəlif baxış bucağına və arzulara sahib olur. İnsan müəyyən vaxtacan bu situasiyaya nəzarət etsə də, sonda psixikanın parçalanması baş verir və bu şəxsiyyətlərin hər biri ayrıca müstəqil həyat sürməyə başlayır.
📌İlk öncə real həyatla əlaqə itir və xəstə nə baş verdiyini anlamır. Yuxusuzluq, baş ağrıları, həddən çox tər ifrazı, məntiq pozuntusu müşahidə olunur. Nadir hallarda insan xəstə olduğunun fərqinə varır. İkili şəxsiyyətə malik insan sevinib şən olduğu halda, qəflətən səbəbsiz əhvalı pozula bilər. Onun bu ziddiyyətli hissləri özü ilə yanaşı, digər insanlara və dünyaya olan münasibətində də əks olunur.
📌Bu pozuntu həm fiziki, həm də psixi travma nəticəsində meydana gələ bilər. Psixi travma zamanı insan neqativ emosiyalardan qurtulmaq üçün əlavə şəxsiyyət yaradır. Daha sonra belə hadisənin baş vermədiyinə özünü inandırır. Beləcə insanda bütün bu neqativ hadisələri yaşamamış ikinci şəxsiyyət yaranır və digər real şəxsiyyət üzərində dominantlıq edir. Bu pozuntunun müalicəsi zəruridir, çünki insanda daxili psixi gərginlik toplanır, beləcə o öz Mən-indən imtina edir və daima emosional stress yaşayır.
📌Nəticədə fiziki pozuntular, alkoqol və narkotika aludəçiliyi, gələcək planların və karyeranın pozulması müşahidə olunur.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et