Sizcə hansı səbəbdən uşaqları bu ifadələrlə qorxutmaq olmaz?

Uşaqlar üçün valideyn ən önəmli və güvəndiyi şəxsdir. Onlar düşünürlər ki, əgər məni kimsə gəlib apara bilərsə, demək ki, valideynlərim rahatlıqla buna icazə verəcək. Əgər bu hadisə sadəcə bir dəfə yaşanıbsa, bu elə də ciddi travma yaratmaz, amma davamlı uşağı bu cür qorxudaraq onda ciddi fəsadlar törədəcək psixoloji travmalar yaşada bilərsiniz.

İlk başda uşaq valideynin hədələmələrinə inanaraq qorxudan stresə qapanır. Minimum dərəcədə bu uşağın inkişafına, maksimum dərəcədə isə enurez, tiklər, dırnaq yemə, sosial fobiya, özgüvən problemu kimi nevrotik durumlara yol açır.

Bir müddət keçdikdən sonra uşaq başa düşür ki, o nə etsə də, nə qədər ağlayıb, qışqırsa da heç kəs onu gəlib aparan deyil. Belə vəziyyətdə uşağın ən çox dəyər verdiyi insanlara, yəni valideynlərə qarşı güvənsizlik hissi yaranır.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et