Uşaqlarda diqqət və yaddaşı necə inkişaf etdirmək olar?

📌Həmişə qeyd edirik ki, uşaqlarda inkişaf prosesi oyun vasitəsi ilə daha effektli olur. Bu səbəbdən də qərara gədik ki, uşaqların yaddaş və diqqətini gücləndirəcək bir sıra oyunlar toplayaq.
↘️Vizual (görsəl) yaddaş üçün. 4 yaş +
3-4 oyuncağı masanın üzərinə qoyub uşaqdan onların sıralamasını yadda saxlamağını istəyirik. Daha sonra uşaq gözünü yumur və biz sıranı dağıdaraq oyuncaqlardan birini masadan götürürük. Uşaq gözünü açdıqda bizə hansı oyuncağın olmadığını və köhnə yerini göstərməlidir.
📌Anlama-qavramanın inkişafı üçün. 4 yaş +
Uşağa 5-6 söz verilir və o, onlara uyğun sözlər tapmalıdır. Misal üçün bal-arı, gəmi-dəniz, göbələk-meşə.
↘️Eşitmə qabiliyyəti və diqqəti gücləndirmək üçün. 3 yaş +
Uşağa 4-5 söz deyərək ondan eyni ardıcıllıqda təkrarlamasını istəyin. Eyni şeyi o da etsin və siz təkrarlayın. Hansısa sözü unutmuş kimi edərək sizə kömək etməsini istəyin. Bu oyun eyni zamanda, uşaqların nitq inkişafına kömək edir və söz ehtiyatlarını artırır.
📌Uzunmüddətli yaddaşı gücləndirmək üçün. Alış-verişdən gəldiyiniz zaman əşyaları birlikdə yerləşdirin. Uşaqdan sizə əşyaların yerini göstərməsini istəyin, bəzilərini səhv qoyun və onun düzəltməsini xahiş edin.
↘️Unutmayın, hər oyunun sonunda uşağı düz cavablara görə tərifləməli və əylənərək oynamalıyıq.
Növbəti postlarımızın hansı mövzuda olmasını istərdiniz❓

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et