Uşaqları məktəbə necə adaptasiya etməli?

Как адаптировать детей к школе?

Yeni tədris ilinin başlanğıcında uşaqların məktəbə adaptasiyası ilə əlaqədar bir sıra problemlər yaranır. Yəqinki məktəb qapılarında ağlayan,analarından ayrılmaq istəməyən uşaqlar, uşaqların qarşısında aciz qalan valideynlər və onları sakitləşdirməyə çalışan müəllimlərə hamımız rast gəlmişik. Uşaqların dərsə, məktəbə adaptasiya problemi bir müddət normal proses sayılsa da uzun müddət davam edərsə sonradan məktəb fobiyasına çevrilir. Bu hal daha çox hiperaktiv, sosiallaşma problemi olan, yalnız ana ilə emosional ünsiyyətdə olan və zehni baxımdan cüzi də olsa digər uşaqlarla eyni olmayan uşaqlarda özünü göstərə bilər.
Bəs biz valideynlər olaraq uşaqların dərsə adaptasiyasını normal etmək üçün nələr etməliyik?
Uşaqlarımıza məktəbi evdə sevdirməyə başlamalıyıq. Oyun zamanı və ya oyundan sonra məktəbin nə qədər əyləncəli bir yer olduğunu orada yeni dostlarının olacağını, yeni bir şeylər öyrənəciyini söyləməliyik hətta məktəb forması məktəb ləvazimatları alınarkən belə uşaqlarımızı həvəsləndirməliyik,hansı dəftərləri seçək, sən bu qələmlə çox gözəl yaza biləcəksən və s.tipli özgüvən verici sözlər işlətməliyik. Uşağımız, məktəbə getmək istəmirəm, dediyində əsla onunla inadlaşmayın çünki uşağımızda bu qorxu varsa hər boşluqda bu cümlələri işlədəcəkdir. Həm də inadlaşma uşaqlarda aqressivlik yaradır. Belə hallarda uşaqların bu fikirlərini önəmsəmirik və məktəb vaxtı heçnə olmamış kimi dərsə hazırlaşmaları üçün motivasiya veririk.Əgər bu problemin həllində çətinlik çəkirsinizsə problemin həllini mütəxəssislərə həvalə edin.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et