Uşaqları yalan söyləməyə vadar edən əsas səbəbələr:

1.Cəzalandırılmaq qorxusu. Sınan oyuncağa görə ananın əsəbiləşib, deyindiyini ( konfetdən məhrum edib küncə qoyduğunu) görən uşaq növbəti dəfə mütləq yalan deyəcək. Əgər övladınızda bu kimi yalanlar vərdiş halı alıbsa, o zaman onu günahlandırmadan, danlamadan dinləməyə cəhd göstərin “Gəl səninlə belə danışaq, sən mənə düzünü deyəcəksən, məndə əsəbləşməməyə çalışacam və doğru danışdığına görə çox sevinəcəm.” 2. Digərlərinin gözündə özünü böyütmə. Uşaqlar ən çox dostlarının düşüncəsində öz statuslarını artırmaq üçün yalan danışırlar. Misal üçün, hansısa film ulduzunu və ya tanınmış aktyeru gördüklərin deyir, yaxud da valideyinlərinin gəlirlərin şişirdirlər. Bu halda uşağınızın nədən özünə əmin olmadığının səbəbin araşdırın. Bəlkə diqqətdən kənarda qalır? Yaxud, yaşıdları ona gülür və alcaldırlar?
3. Uşağın özünü sərbəst ifadə etmək imkanı olmayanda. Valideyinlərin həddən ziyadə nəzarəti, qadağaları uşaqları daha çox yalan söyləməyə vadar edir. Belə hallarda uşaqlar daha çox kobud olur, özünəqapanmaya meyl edirlər. “Hara gedirsən” “Nə iş görürsən “ kimi suallara “Heçnə” “Hec yerə” cavabları verərək inkar formasına üz tutur, əsas suallardan yayınırlar.
Nə etməli?
Yalana görə cəzalandırmaq olmaz! Əgər yalana görə cəzalandırsanız, uşaq elə başa düşəcək ki, siz problemə görə deyil, həqiqəti öyrəndiyinizə görə edirsiniz. Bu halda uşağın şüuraltında elə fikir formalaşacaq ki, düzünü desə cəza alacaq və cəzadan yaxa qurtarmaq üçün yalan söyləmək lazımdır.
Uşaq valideyinə o halda düzünü danışar ki, ana-atasının onun alçatmayacağından əmindir. Onlar tərəfindən tərk edilmə qorxusu yoxdur.aşamaz, Valideyinləri hər çətinlikdə ona dəstək olacaq, doğru yolu göstərəcək.
Əzi valideyinlər! Siz övladlarınız üçün ilk nümunəsiniz. Ailədəki münasibətlər uşağa ciddi təsir göstərir, müsbət ya mənfi. Çalışın hər zaman ailənizdə dürüstlüyün nə qədər vacib olduğunu vurğulayasınız. Övladınızı düz danışdığını görə tərifləyin, hər xırda şeyə görə danlamayın ki, yalan danışmasın.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et