Uşaqların gələcək həyatına təsir göstərəcək 8 valideyn səhvi:

1. Övladınıza olan sevginizi yetərincə bildirmisiniz. Balaca uşaq üçün ana və ata ən dəyərli, onun balaca dünyasına çevrilən insandırlar. Uşaq isə onların sevgisin hiss etmədikdə, özünə dəyər verib sevə bilmir. Bu halda özünü bəyənməmə kimi bir problem yaranır. Çox zaman belə uşaqlar böyüdükdə öz xarici görünüşlərin bəyənmirlər və plastik əməliyyatlara üz tuturlar.
2. Övladınızı qayğıya boğursunuz. Onunla həm dost olmağa, həm də həyatında baş verən bütün hadisələrə nəzərət etməyə çalışırsınız. Valideynlər əksər hallarda övladlarının böyüdüklərini qəbul etmir və uşaqların tək başına edə biləcəyi işləri onların əvəzinə etməyə davam edirlər.
3. Uşaqlarınızın yerinə qərar verirsiniz. Ən xırda oyuncaq seçimində belə uşağın əvəzinə qərar verərək, onu azadlıq və sərbəstlikdən məhrum edirsiniz. Hər bir valideyn anlamalıdır ki, uşağın yaşına uyğun olaraq ona seçim fürsəti verilməlidir.
4. Ailədə yaratdığınız münaqişələr. Uşaqlar valideynlər arasında baş verən anlaşılmazlıqların səbəbini başa düşə bilmədikləri üçün, evdə yaranan ən xırda problemdə belə özlərini günahkar bilirlər.
5. Uşaqdan onun edə bilməyəciyi şeyləri tələb edirsiniz. Uşaqlar balaca olduqları üçün, yaşca onlardan böyük insanların, ən əsas da valideynlərinin söylədilklərinə inanırlar. Bu halda isə onların tələb etdikləri hər şeyi yerinə yetirməyə çalışırlar, edə bilmədiklərində isə özlərini bacarıqsız və uğursuz olaraq dəyərləndirilər.
6. Övladınızı “rahat uşaq” obrazına salmağa çalışırsınız. Şəxsi işlərinizdə rahatlıq yaratmaq məqsədi ilə övladınızın saatlarca televizora baxmağına və kompyuter oyunları oynamasına icazə verirsiniz. Bu halda uşaq sizə mane olmadığı üçün növbəti dəfə də bu vəziyyəti təkrarlayırsınız. Uşağı bu cür böyüdərək, onu həyat məsuliyyətlərinə hazırlaya bilməzsiniz.
7. Ata diqqətinin olmaması. Uşağın ata sevgisindən, diqqətindən məhrum qalmağı onun gələcək həyatına mənfi təsir göstərir. Uşağın gələcəkdə nə qədər iradəli, möhkəm, dayanıqlı biri olması, şəxsiyyət kimi inkişaf etməsi, tək başına bir çox işləri bacara bilməsi ailədə yaranan ata obrazından asılıdır.
8. Uşağınızın hisslərini önəmsəmirsiniz. Bəzən uşaqlar sizin üçün bir önəm verməyən xırda şeylərə görə məyus ola bilirlər. Amma gözlədikləri təsəlli yerinə onlar “yaxşı\pis, sən ki oğlansan\qızsan, ağlama\sakit dur” kimi ifadələr eşidirlər. Belə davranaraq siz uşağınızın hisslərini dəyərləndirməmiş olursunuz və böyüdükdə də onlar ətrafdakı insanların hisslərinə laqeyd yanaşırlar.

Author Details
Müəllif haqqında məlumat yoxdur.

Rəy əlavə et